Hillari Klinton Bağdada qəfil səfər edib

Amerika Dövlət Katibi Hillari Klinton Bağdada qəfil səfər edib.
Onun İraq prezidenti Cəlal Talabani, Baş nazir Nuri əl-Maliki və Amerika komandanlığının rəhbəri general Reymond Odierno ilə görüşəcəyi gözlənilir.

Dövlət Katibinin səfərindən iki gün qabaq İraqda terror hadisələri zamanı 150-dən artıq adam ölüb. Klinton deyib ki, «ekstremistlər ehtiyat edir ki, ölkə doğru istiqamətdə gedir».
Bu ilin yayında Amerika qoşunları İraqın bir çox şəhərindən çıxmalıdır.