Amerikanın vitse-prezidenti Co Bayden Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırması barədə razılaşmanı alqışlayıb.
Vitse-prezidentin ofisinin yaydığı bəyanatda deyilir ki, o aprelin 23-də Ermənistan prezidenti Serj Sarkisyana zəng edib, onun rəhbərliyini “alqışlayıb”.
C. Bayden vurğulayıb ki, Obama administrasiyası hər iki ölkənin - həm Ermənistan, həm də Türkiyənin illərlə davam edən düşmən münasibətlərindən sonra barışıq prosesini qətiyyətlə dəstəkləyir.
Aprelin 24-də gözlənilir ki, ABŞ prezidenti Barak Obama Birinci Dünya müharibəsində ermənilərin iddia etdiyi soyqırımla bağlı bəyanat verəcək.