«Dağlıq Qarabağ danışıqları yeni mərhələyə daxil olub»

Həmsədrlər Ermənistan prezidenti Serj Sərkisyanla görüşdən əvvəl

Regionda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 22-də Yerevanda ölkə rəhbərliyilə görüşüblər.

Xarici İşlər naziri Edvard Naqlbandyanla görüşdən sonra amerikalı həmsədr Metyu Brayza danışıqların yeni mərhələyə daxil olduğunu deyib:

«Deyə bilərəm ki, danışıqların əvvəllər olmayan konstruktiv ruhunu hiss eləyirəm və danışıqlar yeni fazaya daxil olub».

Həmsədrlərin regiona səfərində məqsəd münaqişənin həllini sürətləndirməkdir.

Aprelin 23-24-də isə vasitəçilər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kasprşikin Bakıya səfəri gözlənilir.