Barak Obama gələn ay Mahmud Abbasla görüşəcək

ABŞ prezidenti Barak Obama gələn ay Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.

Fələstin rəsmisi Saeb Erekat deyir ki, çox güman ki, görüş mayın 28-də Vaşinqtonda keçiriləcək.

ABŞ prezidenti Barak Obama dünən İsrail, Fələstin və Misir liderlərini görüşə dəvət edib.