Aprelin 22-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndinə gedəcək. Həmsədrlə qondarma Dağlıq Qarabağın rəsmiləri ilə görüşəcək.
Aprelin 23-24-də isə vasitəçilərin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kasprşikin Bakıya səfər edəcəyi gözlənilir.
Həmsədrlərin səfərinin məqsədi münaqişənin nizamlanma prosesini sürətləndirmək üçün hər iki ölkənin rəhbərləri ilə danışıqlar aparmaqdır.