AŞ PA nümayəndə heyətində qalan iki yeri tutan deputatların adları bəlli oldu

Nümayəndə heyəti iyunun 24-də Strasburqa yola düşür

Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti qurumun növbəti sessiyasında tam heyətlə iştirak edəcək. Nümayəndə heyətində boş qalan iki yeri kimin tutacağı artıq məlumdur. Həmin millət vəkilləri - Vətəndaş Həmrəyli Partiyasından Fəzail İbrahimli və Vətəndaş Birliyi Partiyasından Sabir Hacıyevdir.


Fəzail İbrahimlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, nümayəndə heyəti iyunun 24-də Strasburqa yola düşür.


AŞ PA-nın yay sessiyası iyunun 26-dan-30-dək keçiriləcək. Sessiyanın gündəliyinə Azərbaycanla bağlı məsələ də salınıb, bu ölkənin Avropa Şurası qarşısında öhdəliklərini necə yerinə yetirməsinə dair hesabat dinlənəcək.