Dünya Elektron Kitabxanası yaradıldı

Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir - ərəb, çin, ingilis, fransız, portuqal, rus və ispan

Aprelin 21-də Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq olar, filmlərə, şəkillərə baxmaq olar.

Saytın ünvanı belədir: wdl.org.

Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir - ərəb, çin, ingilis, fransız, portuqal, rus və ispan.

UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi nadir materialları hamı üçün əlçatan etməkdir.

Dünya Elektron Kitabxanası yaratmağı 2005-ci ildə ABŞ Konqresi Kitabxanasının rəhbəri James Billington təklif edib.