Həmsədrlərin regiona səfəri başlayır

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin aprelin 21-dən Ermənistana səfəri başlayır. Onların prezident Serj Sarkisyan və Xarici İşlər Naziri Edvard Nalbandyanla görüşü gözlənilir.

Aprelin 23-24-də isə həmsədrlər Azərbaycanda səfərdə olacaqlar.

Səfərin məqsədi münaqişənin nizamlanma prosesini sürətləndirmək üçün hər iki ölkənin rəhbərləri ilə danışıqlar aparmaqdır.