Rusiya NATO ilə danışıqları dayandırmaqla hədələyir

Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Raqozin bu gün bildirib ki, əgər alyans Gürcüstandakı təlimlərini təxirə salmasa Moskva mayın 7-nə planlaşdırılan Silahlı qüvvələrin rəhbərlərinin məsələhətləşməlirini ləğv eləyə bilər.

NATO mayın 6-dan iyunun 1-nə qədər Gürcüstanda hərbi təlimlər keçirməyi planlaşdırır. Rusiya isə Tbilisi yaxınlığındakı bu təlimləri təxirə salmağa və ya ləğv eləmə çağırır.

NATO daha öncə bildirmişdi ki, Rusiyanın 19 ölkədən cəmi 1300 əsgərin qatılacağı təlimlərlə bağlı narahatlığını başa düşmür. Bu üzdən təlimlər planlaşdırldığı vaxtda keçiriləcək.