Bu gün elektrik verilişində fasilə olacaq

Xətai və Nizami rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Aprelin 20-də Xətai və Nizami rayonlarında saat 10.30-dat 14.00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Xəbəri «Azadlıq» radiosuna «Bakıelektrikşəbəkə»nin İctimaiyyətlə əlaqələr şöbəsinin başçısı Tanrıverdi Mustafayev verib.

T.Mustafayevin sözlərinə görə, məqsəd yarımstansiyalarda payız-qış mövsümü ilə bağlı təftiş aparılmasıdır.