Qızıl Xaç Komitəsinin əməkdaşı girovluqdan buraxılıb

Filippində üsyançılar Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşını girovluqdan azad edib.

İcveçrə vətəndaşı olan Andreas Notter 3 aydan çox idi ki, girovluqdaydı.

Filippin müdafiə nazirliyinin məlumatına görə o dünən buraxılıb.

Hazırda Əbu Səyyafın dəstəsindən olan yaraqlıların əlində təşkilatın daha bir əməkdaşı da var.

O İtaliya vətəndaşıdır,taleyi bəlli deyil.