İlham Əliyev Dmitri Medvedevlə görüşüb

Prezident Dmitrii Medvedev azərbaycanlı həmkarı İlham Əliyevlə görüşür. 17 aprel 2009

Aprelin 17-i Moskvada Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.

Rusiya prezidenti hər iki ölkə arasında təkcə iqtisadi yox, həmçinin humanitar sahədə də inkişafın vacibliyini vurğulayıb:

«İqtisadi-ticari sahədə yüksək göstəricilər var. İki ölkə arasındakı mal mübadiləsi 40 faiz yüksəlib. Bizim əldə etdiyimiz nəticələr yalnız enerji daşıyıcılarının mübadiləsi ilə bağlı deyil. Mal mübadiləmiz kifayət qədərdir və xüsusilə qiymətlidir».

Prezident İlham Əliyev qlobal maliyyə böhranının iqtisadi əlaqələrin inkişafına təsir etdiyini, lakin Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatacağına ümid etdiyini bildirib:

«Rusiya Azərbaycanın qonşusu, dostu və strateji partnyorudur və biz əlaqələrimizi bu istiqamətdə inkişaf etdirəcəyik. Sizin də qeyd etdiyiniz kimi bu münasibətlər çox yaxşı inkişaf edir». Xəbəri ANS yayıb.

Hər iki prezident Azərbaycan qazının Rusiya tərəfindən alınması məsələsini də müzakirə ediblər.

Prezident İlham Əliyevin Rusiyaya səfəri aprelin 16-ı başlayıb.