Kərkükdə 10 polis öldürülüb

İraqın Kərkük şəhərində törədilmiş partlayış nəticəsində azı 10 polis həlak olub, 12 polis və 7 mülki sakin isə yaralanıb.

Hakim dairələr hesab edir ki, partlayş nəticəsində ölənlərin sayı arta da bilər.

Xəbər verilir ki, intiharçı idarə etdiyi minalanmış maşını polisləri aparan avtobusun ötdüyü yolda partladıb.