Gürcüstan müxalifəti onlara hücum edildiyini, hökumətsə...

Gürcüstan müxalifəti dünən ölkə paytaxtı Tbilisidə növbəti etiraz aksiyası keçirib.

Müxalifət liderlərinin sözlərinə görə aksiya zamanı xüsusi təinatlı qüvvələrin 50-ə yaxın əməkdaşı onlara hücum edib.

Daxili işlər nazirliyi isə əksinə-nümayişçilərin özünün küçədə təmizlik işləri görən işçilərə hücum elədiklərini deyir.

Dünənki etiraz aksiyasında 5 minədək adam iştirak edib ki, bu əvvəlki günlərlə müqaisədə azdır.

Prezident Mixeil Saakaşvilinin istefasını tələb edən müxalifət onu demokratiyanı boğmaqda və ötən il Rusiyayla müharibədə düzgün mövqe tutmamaqda günahlandırır.