İraqda törədilmiş partlayışda 9 adam ölüb

İraqın cənubunda yerləşən Babil əyalətində törədilmiş partlayış nəticəsində 9 nəfər ölüb, 20-dən artıq adamsa yaralanıb.

İntiharçı Əl Kaidaya qarşı mübarizə aparan yerli sünni birləşməsinin qərərgahı yaxınlığında özünü partladıb.

Ölən və xəsarət alanların əksəriyyəti bu birləşmə və İraq ordusunun əsgərləridir.