Reno iş saatlarını azaldır

Fransanın avtomobil şirkəti Reno Moskvadakı zavodunda iş saatlarını azaltmaq qərarına gəlib. Bu şirkətin avtomobillərinin Rusiyada satışı 40%-ə qədər aşağı düşüb.

Renodan yayıln məlumatda deyilir ki, mayın 1-dən Moskvadakı zavodda üç növbəli işdən biri dayadırılacq. Ancaq işçiləri ixtisar etməyəcək.

Bu yaxınlara qədər Avropada ən sürətlə böyüyən avtomobil bazarı iqtisadi böhrandan sonra çətin vəziyyətə düşüb.