Amerika gizli həbsxanalarını bağlayır

Hüquq müdafiəçiləri bildirirdilər ki, bu obyektlərdə işgəncə yolu ilə saxlananlar sorğu-sual olunurdular

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi gizli həbsxanalarını bağlayır. Bu barədə idarənin direktoru Leon Panet göstəriş verib. Panet deyib ki, kəşfiyyat idarəsi bu dustaqxanalardan artıq istifadə etmir.

ABŞ sərhədlərindən kənarda yerləşən gizli həbsxanalar terrorda şübhəli bilinənlərin saxlanılması üçün istifadə olunurdu. Hüquq müdafiəçiləri bildirirdilər ki, bu obyektlərdə işgəncə yolu ilə saxlananlar sorğu-sual olunurdular.

Amerika prezidenti Barak Obama hakimiyyətə gələndən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin gizli məhbəslərinin bağlanacağına söz vermişdi.