Pakistan terrorla mübarizədə «şərtsiz dəstək» verilməsini istəyir

Pakistan prezidenti Asif Əli Zərdari deyir ki, terrorla mübarizədə ölkəsinə beynəlxalq ictimaiyyətin «şərtsiz dəstəyi» lazımdır.

Prezident aprelin 6-da bunu İslamabadda ABŞ Hərbi Qüvvələri Qərargah rəisləri komitəsinin rəhbəri Maykl Mallen və Vaşinqtonun xüsusi elçisi Riçard Holbrukla görüşdə deyib.

Zərdari bildirib ki, Pakistanın təhsil, səhiyyə, o cümlədən, Taliban və Əl-Qaidə ilə uğurlu mübarizə üçün müvafiq avadanlıqlara və təlimə ehtiyacı var.

Amerikanın yüksək rütbəli rəsmiləri prezident Obamanın Əfqanıstanla bağlı strategiyasını açıqlayandan sonra ilk dəfədir ki Pakistana səfər ediblər.