Zəlzələdə ölənlərin sayı 207-ə çatıb

Xilasedicilər gecə saatlarında da binaların dağıntıları altından sağ qalanları axtarıb

İtaliyada zəlzələdə ölənlərin sayı 180-ə çatıb. 1500 yaralı var, 34 nəfər itkindir. On minlərlə adam evsiz qalıb.

Xilasedicilər gecə saatlarında da binaların dağıntıları altından sağ qalanları axtarıb.

6.2 bal gücündə olan zəlzələ aprelin 6-da səhər tezdən İtaliyanın mərkəzində, Romanın 100 kilometrliyində olub.

İtaliyanın baş naziri Silvio Berluskoni zəlzələnin baş verən Abruzzo regionunda fövqəladə vəziyyət elan edib, Rusiyaya planlaşdırılmış səfərini təxirə salıb.