İtaliyada zəlzələdən ölənlərin sayı 50-yə yaxınlaşır

Son məlumata görə İtaliyada zəlzələdən 50-yə yaxın adam ölüb.
Mülki Qoruma Departamenti bildirir ki, onlarla yaralanan var, minlərlə adam evsiz qalıb.
Zəlzələ səhər tezdən İtaliyanın mərkəzində, Romanın 100 km-liyində olub.

İtaliyanın Geofizika İnstitutu zəlzələnin 5,8 bal, Amerikanın Geologiya Tədqiqatları Mərkəzi isə 6,3 bal gücündə olduğunu deyir.
Zəlzələ ilə bağlı baş nazir Berluskoni Moskvaya səfərini təxirə salıb.