Obama Türkiyə səfərinı Atatürkün məzarını ziyarətlə başladı

Türkiyəyə səfər edən ABŞ prezidenti Barak Obama səfərə Mustafa Kamal Atatürkün məzarını ziyarətlə başladı.

Günün sonunda onun ölkə prezidenti Abdalla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi, parlamentdə çıxış edəcəyi gözlənilir.

Türkiyəyə getməzdən əvvəl isə Praqada olan ABŞ prezidenti Avropa Birliyini Türkiyəni quruma tam üzv kimi qəbul etməyə çağırıb. O deyib ki, bu da Qərbin müsəlman ölkələri ilə əməkdaşlıq və sıx münasibət qurması istiqamətində atılan addımların bir hissəsi ola bilər. Praqada keçirilən ABŞ-Avropa Birliyi sammitində Obama bildirib ki, bu böyük müsəlman ölkəsinin birliyə qəbul olunması onun Avropaya inteqrasiya eləməsi və möhkəmlənməsində ciddi siqnal olacaq.

Fransa prezidenti Nikole Sarkozi isə dərhal buna qarşı çıxıb,Türkiyənin Avropa yox Asiyaya aid olduğunu deyib. Buna qarşı çıxanlardan biri də Almaniya kansleri Angela Merkel olub. Merkel bildirib ki, Türkiyənin quruma daxil olması hələ də açıq sual olaraq qalır