Leo Platvoet Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyasının Cənubi Qafqazda itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Platvoet iyunun 7-də axşam Bakıya gəlir. Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin vəziyyətini öyrənməkdir.


Avropa Şurasının Bakıdakı İnformasiya Ofisindən «Azadlıq» radiosuna verilən məlumata görə, cənab Platvoet iyunun 8-9-da Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Şəxslərlə İş üzrə Dövlət Komissiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyində görüşlər keçirəcək.


Bakıdan əvvəl Leo Platvoet Ermənistanda olub.