Şənbə günü Pakistanda 20-dən çox adam ölüb

Dünən Pakistanda törədilmiş partlayış və hücumlarda 20-dən çox adam ölüb.

Ölkə paytaxtı İslamabadda hərbi bazanın ətrafında törədilmiş partlayış nəticəsində təhlükəsizlik xidmətinin 8 əməkdaşı ölüb.

Partlayışı intiharçı törədib.

Ölkənin şimal-qərbində yerləşən Şimali Vəziristanda isə intiharçı partlayıcı maaddə yüklənmiş maşını hərbi məntəqəyə çırpıb,nəticədə azı 3 nəfər ölüb.

Elə həmin gün bu bölgənin raket atəşinə tutulması nəticəsində isə yaraqlılar da daxil olmaqla 13 adam ölüb.

Güman edilir ki, raketi Amerika ordusunun pilotsuz təyyarəsi buraxıb.