Brayzanın Azərbaycana səfəri başlayıb

Metyu Brayza bundan əvvəl martın 27-də ölkədə səfərdə olmuşdu

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Azərbaycana səfəri başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Metyu Brayza birgünlük səfər çərçivəsində ölkə prezidenti və Xarici İşlər naziri ilə görüşəcək.

Görüşlərdə əsas diqqət Dağlıq Qarabağ münaqişəsinə yönəldiləcək, həm də Azərbaycan ilə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Metyu Brayza bundan əvvəl martın 27-də ölkədə səfərdə olmuşdu.