Qazaxıstan Xəzərin dibiylə qaz kəməri çəkilməsi imkanlarını araşdırmağa başlayıb və artıq İran, Türkiyə və Azərbaycanla danışıqlar aparır. Bu haqda Qazaxıstanın Baş naziri Daniyal Axmetov mayın 10-da Qazaxıstan parlamentinin iclasında bildirib. Qazaxıstan qazını Türkiyə və Avropa bazarına çıxarmaq üçün tikiləcək kəmərin Bakı-Tbilisi-Ərzurum boru xəttinə qoşulacağı ehtimal olunur.