Cənubi Koreyanın prezidenti mayın 10-11-də Bakıda olacaq

Cənubi Koreyanın prezidenti Ro Mu-Hyun mayın 10-11-də Bakıda səfərdə olacaq. Onun prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Baş nazir Artur Rasizadəylə görüşləri planlaşdırılır.


Səfərin yekununda Koreya-Azərbaycan münasibətlərinin prinsiplərinə dair Bəyannamə, aviasiya, tikinti, energetika sahələrində əməkdaşlığa dair sazişlərin imzalanması gözlənir.


2005-ci ildə Xarici İşlər naziri Elmar Məmmədyarov da Seula səfər edib.