Döyülən rus jurnalisti ölüb

Moskva ətrafı-Ximkada fəaliyyət göstərən qəzetlərdən biri-«Qrajdanskoe Soqlasie» qəzetinin redaktoru Anatoliy Yurov bildirir ki, onun jurnalistlərindən biri Serqey Protazanov öldürülüb. Yerli hakimiyyəti tənqid edən qəzet jurnalisti martın 28-i döyülüb və martın 30-u vəfat edib.

Qəzet redaktorunun verdiyi məlumata görə Protazanov Ximkada saxtalaşdırılmış meriya seçkiləri ilə bağlı araşdırma aparırdı.

Lakin polis deyir ki, Protazanov «zəhərlənərək ölüb» və onun döyülərək öldürülməsini inkar edib.