Obama Avropaya gəlir

Obamanın Avropa səfəri Türkiyədə başa çatacaq

ABŞ prezidenti Barak Obama martın 31-i Avropaya ilk rəsmi səfərinə yola düşəcək. 8 gün çəkəcək və 5 ölkəyə nəzərdə tutulmuş görüşün Obamanın qlobal lider olmasında bir sınaq olacağı hesab edilir.

Səfərə Londondan başlayan ABŞ prezidenti «Böyük İyirmiliyin» görüşündə iştirak edəcək. Londonda olarkən o, Çin və Rusiya liderləri ilə də görüşəcək.

Aprelin 3-ü və 4-ü Barak Obama NATO-nun 60 illiyi ilə bağlı Fransa və Almaniyada keçiriləcək sammitə qatılacaq. Aprelin 5-i isə onun Praqada ABŞ və Avropa Birliyi arasında keçirilən görüşdə olacağı gözlənilir.

ABŞ prezidentinin Avropa səfəri NATO-nun əsas müttəfiqlərindən olan müsəlman ölkəsi Türkiyəyə iki günlük səfəri ilə başa çatacaq.