AŞPA həmməruzəçiləri aprelin əvvəlində Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova aprelin əvvəlində Bakıya gələcəklər.

Həmməruzəçilər səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.

Səfərin nəticələrinə dair geniş hesabat hazırlanacaq və AŞ PA-ya təqdim olunacaq.