Çexiyada Avropa Birliyi xarici işlər nazirlərinin görüşü keçirilir

Xorvatiya,Makedoniya və Türkiyə Avropa Birliyinə üzvlüyə namizəd ölkələr hesab olunurlar.

Bu barədə Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin Çexiyada keçirilən görüşündə bildirilib.

Görüşdə həmçinin Bosniya, Serbiya, Çernoqoriya və Albaniya da daxil olmaqla birliyin genişləndirilməsi, bu yolda ortaya çıxan əngəllər müzakirə olunub.

Lissabon müqaviləsinin təstiqi və bəzi məsələlərə görə son zamanlar Birliyin genişləndirilməsilə bağlı danışıqlar ləngiyib.