<i>«Azadlıq»</i>: «Tikinti mafiyası bir ildə 400 milyon dollar qazanıb»

Səs: Real audio
İlham Əliyev diaspora üzvlərini yaşadıqları ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamağa, siyasi partiyalarda iştirak etməyə, qanunvericilik orqanlarında təmsil olunmağa çağırıb "Yeni Azərbaycan" qəzetindəki "Özəlləşdirməyə yeni qapılar açılır" başlıqlı məqalədə bildirilir ki, Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi özəlləşməyə açılan müəssisələrlə bağlı hazırladığı təklifləri yekunlaşdırıb. Sənəd bu günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq. Komitədən verilən xəbərə görə, ikinci özəlləşdirmə proqramının daha tez başa çatdırılması məqsədilə hökumət bu prosesin miqyasının genişləndirilməsini vacib sayır. Həmin sənədin ardınca başqa bir konsepsiya – Yeni Dövlət Özəlləşdirmə Proqramının hazırlanması üzərində iş gedir.



"525-ci qəzet"də bildirilir ki, ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlərdən sonra sülh prosesinin perspektivinə ümidlə baxdığını deyib. Daniel Frid vurğulayıb ki, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafı buradakı münaqişələrin həllindən keçir. Amerikalı diplomatın sözlərindən bəlli olub ki, Vaşinqton bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həllini xüsusilə vacib hesab edir. Bununla bağlı Bakı və Yerevanda keçirdiyi görüşlərə toxunan Frid qeyd edib ki, Qarabağ münaqişəsi üzrə sülh prosesində heç bir durğunluq yoxdur və danışıqlar davam etdiriləcək.



"Azadlıq" qəzetindəki "Tikinti mafiyası bir ildə 400 milyon dollar qazanıb" başlıqlı məqalədə bildirilir ki, əgər əvvəllər paytaxtdakı hündürmərtəbəli binalar boş ərazilərdə tikilirdisə, indi xəstəxanaların, məktəblərin, hətta uşaq bağçalarının da əraziləri zəbt olunmaqdadır. Müəllif yazır ki, məsələyə İlham Əliyev səviyyəsində də müdaxilə olub, ancaq bunun da heç biri faydası olmayıb. Statistikaya görə, təkcə 2005-ci ildə 1.4 milyon kvadrat metr yaşayış evləri tikilib istifadəyə verilib ki, bu da 2004-cü illə müqayisədə isə 12.8 faiz çoxdur. Tikinti sahəsinin mütəxəssislərinə görə, bütün xərclər daxil olmaqla mənzilin bir kvadrat metri tikinti şirkətinə təxminən 110-130 dollara başa gəlir. Ancaq bu gün Bakıda satılan mənzillərin qiyməti tikildiyi yerdən asılı olaraq 400-1500 dollar arasındadır. Sonda isə müəllif belə nəticəyə gəlir ki, hökumətin tikinti şirkətləri ilə bacara bilməməsinin səbəbi də söhbətin milyon dollarlardan getməsindədir.