Səs: Real audio
Mariya Çenq xəstələr və ölənlərdən götürülən qan nümunələrinin London laboratoriyasına göndərildiyini deyir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda səkkiz nəfərin «quş qripi»nə tutulmasından, üç nəfərin isə, ölməsindən şübhələnir. Təşkilatın sözçüsü Mariya Çenq «Azadlıq» radiosuna müsahibəsində belə deyir. O, xəstələr və ölənlərdən götürülən qan nümunələrinin London laboratoriyasına artıq göndərildiyini deyir. Cavablar uzağı iki həftəyə gəlməlidir.
Mariya Çenq: «ÜST-ün nümayəndələri Azərbaycan hökumətilə işləyirlər. Amma adamda «quş qripi»ni müəyyən etmək çox mürəkkəb prosesdir. Bu nümunənin keyfiyyətindən asılıdır, laboratoriya bir neçə günə, ya da iki həftəyə cavab verə bilər».
Sözçünün dediyinə görə, qurumun ekspertləri xəstəlik Türkiyədə yayılandan sonra - yanvarın sonu, fevralın əvvəllərindən Azərbaycandadırlar. Onlar mümkün «quş qripi» epidemiyasına hazır olmaq üçün Azərbaycan hökumətinə kömək edirlər. «Bəs London laboratoriyasından cavab gəlincə, Salyanın Dayıkənd sakinləri üçün neyləmək olar?» sualına Mariya Çenq belə cavab verir: «Ərazidəki camaatın «quş qripi»nin nə olmasından xəbəri olmalıdır. Təhlükəni azaltmaq üçün ölçü götürməlidirlər. Biz bilirik ki, kəndə yaxın ərazidə quşlarda virus tapılıb. Ordakılar bir şey olan kimi xəbər verməli, xəstə görünən, ölü quşlara qəti əl vurmamalıdırlar».
İndiyə qədər «quş qripi»ndən milyonlarla quş ölsə də, xəstəliyə adamlar arasında az təsadüf olunur. Son bir neçə ildə 90-a qədər adam bu xəstəliyə quşlardan yoluxaraq ölüb. Ekspertlər virusun adamdan-adama keçən halı alacağından qorxurlar.