XİN-in Diplomatik Akademiyası yaradıldı

Səs: Real audio
Hüseyn Arabul: «Gəldilər, istədilər, verdik, nə edəydim, dava edəydimmi?» Prezident İlham Əliyev Xarici İşlər Nazirliyinin (XİN) Diplomatik Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb. Nazirlər Kabineti bir ay müddətində Akademiyanın fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2006-cı il üçün dövlət büdcəsindən və 2007-ci il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutmalı, bina ilə təmin olunması üçün zəruri tədbirləri görməlidir.



Xarici İşlər Nazirliyisə, Akademiyanın Nizamnaməsinin və strukturunun layihəsini hazırlayıb prezidentə təqdim etməlidir.