Elmar Məmmədyarov: «Danışıqlar hələ tükənməyib»

Səs: Real audio
Aksiyaçılar gediş haqqının artırılmasını və yaxud da onlardan alınan rüsumun aşağı salınmasını tələb ediblər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 25-də bildirib ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşündən sonra danışıqlar prosesində yaranmış vəziyyəti müzakirə etmək niyyətindədirlər.



O, danışıqların hələ tükənmədiyini, Praqa prosesinin davam etdiriləcəyini bildirib: «Biz heç Rambuyedə bir görüşlə hansısa irəliləyişin olacağını gözləmirdik də. Fikirləşirik ki, Praqa prosesi davam edəcək».