İlin ən yaxşılarının adları dekabrın 27-də açıqlanacaq

Səs: Real audio
«Keçmiş «Qələbə» kinoteatrının qarşısında dinc mitinqçilərə qarşı qəddarlıq nümayiş etdirilib» - Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında Azərbaycanı təmsil edən "Azərreyl" komandası dekabrın 15-də Bakıda Polşanın «Kalisiya-Vinyari» klubuyla qarşılaşacaq. Azərbaycan Voleybol Federasiyasından verilən xəbərə görə, növbəti mərhələyə çıxmaq üçün "Azərreyl" bu oyunda qalib gəlməlidir.



- Gənclər, İdman və Turizm Nazirliyi ilin ən yaxşı idmançıları və hakimlərinin adlarını dekabrın 27-də açıqlayacaq. İlin yaxşıları siyahısına düşən 10 nəfər həm də əlavə pul və digər qiymətli mükafatlar alacaqlar.



- Azərbaycan qılıncoynadanları iranlı rəqibləri ilə yoldaşlıq görüşü keçirmək üçün dekabrın 15-də Tehrana yollanacaqlar. Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun verdiyi məlumata görə, kollektivin tərkibinə Rəhim və Ramin Əmirovlar, Ruslan Əzizov, Elnur Qurbanov, Hafiz Quliyev və Nihad Qurbanov daxildir.



- Həftəsonu başa çatan cüdo üzrə Azərbaycan çempionatının qalibləri yanvarda Tokioda keçiriləcək beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcəklər. Orada yaxşı nəticə göstərən idmançılar yığma komandaya düşmək imkanı əldə edəcək.