Çox pul verən çox danışacaq

Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təklif edir ki, daxili danışıqlar bahalansın, bunun hesabına da xarici danışıqlar ucuzlaşsın



Nazirlik bundan əvvəl təklif edirdi ki, daxili danışığa vaxt həddi qoyulsun, o həddi keçənlər əlavə pul ödəsinlər. Amma bu ideyanı həyata keçirmək üçün konkret addımlar atılmadı.



Amma telefon pulunun, yəni nömrəyə görə aylıq abunə haqqının qaldırılmasıyla bağlı artıq nazirlikdə konkret təkliflər hazırlanır. 15-20 günə bu işlər başa çatmalı və təkliflər Tarif Şurasına göndərilməlidir. İndi bir aparata görə ödəniş 3300 manatdır, yeni təkliflərdə isə bunun 5500 manatacan qaldırılması planlaşdırılır.



Nazirliyin Tənzimləmə şöbəsinin müdiri İltimas Məmmədov deyir ki, bu təkliflər ilk baxışda bəzilərinə telefon pulunun qaldırılması cəhdi kimi görünə bilər. Əslində isə məqsəd beynəlxalq danışıq qiymətlərini aşağı salmaqdır. Və bu, onun fikrincə, əhalinin maraqlarına tam uyğundur: «Məsələn ABŞ-a zəng etməyin 1 dəqiqəsi 7 200 manatdır, əlbəttə bu, yüksək tarifdir. Biz bunu əhalinin cibinə uyğun səviyyəyə endirmək istəyirik».



İltimas Məmmədov deyir ki, beynəlxalq danışıq qiymətlərinin aşağı salınması üçün ölkədaxili qiymətlərin qaldırılması dünyanın bir çox ölkələrində uğurla tətbiq olunan mexanizmdir.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində hesab edirlər ki, əgər Tarif Şurası onların təkliflərini təsdiqləsə, beynəlxalq danışıq qiymətlərini təxminən 2 dəfə aşağı salmaq mümkün olacaq.



Müxtəlif qiymətləndirmələrə görə, Azərbaycandan kənarda işləyən ölkə vətəndaşlarının sayı 2-3 milyon nəfər arasındadır və əlbəttə ki, onların Azərbaycandakı ailə üzvləri üçün beynəlxalq danışıq qiymətlərinin aşağı salınması xoş xəbər ola bilər.



Belələrindən biri – Sumqayıt sakini Əli Sadıqov deyir ki, beynəlxalq danışıq qiymətləri baha olduğu üçün Almaniyada yaşayan qardaşına gec-gec zəng etməyə məcburdur: «Qiymətlər aşağı salınsa, gündə də olmasa, heç olmasa, həftədə iki dəfə danışa bilərik».



Həmsöhbətim deyir ki, Azərbaycandan xaricə zəng etmək baha başa gəldiyi üçün çox vaxt o qardaşına yox, qardaşı ona zəng edir.



Amma xarici ölkələrdə qohumu yaşamayan, yaxınları xaricə çox nadir hallarda gedib-gələn insanların da sayı az deyil. Onlardan biri – Bakı sakini Səlminaz Hüseynova deyir ki, şəhərdaxili telefon pulunun qaldırılması ona sərf etmir: «Qaz pulu da artır, işıq pulu da, telefon pulu da. Belə çıxır ki, nə qazanırıqsa, bunlara sərf etməliyik. Biz nə maaş alırıq ki?».



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə bildirirlər ki, bir telefon aparatına xidmət xərcləri hökumətə indiki qiymətdən, yəni 3300 manatdan təxminən 4 dəfə baha başa gəlir.



«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz isə bildirir ki, beynəlxalq danışıq qiymətlərinin aşağı salınması zəruridir. Çünki Azərbaycan büdcəsi həmin qiymətlərin baha olması səbəbindən hər il milyonlarla dollar gəlirdən məhrum olur. İnsanlar çox vaxt xaricə özləri zəng etmir, xarici ölkələrdə beynəlxalq danışıq haqqı ucuz olduğu üçün ordan onlara zəng olunur. Beləliklə də bundan xarici ölkələrin büdcəsi qazanır.



Amma Osman Gündüzün fikrincə, beynəlxalq danışıq qiymətlərini ölkədaxili danışıq qiymətlərini artırmaq hesabına aşağı salmaq da düzgün siyasət deyil. Hökumət məsələyə kompleks şəkildə yanaşmalı, telefon xidməti sahəsini özəlləşdirməlidir.



Osman Gündüz hesab edir ki, əgər telefon xidmətlərinə dövlət