Rəsul Quliyevin vəkili sərbəst buraxılıb

Səs: Real audio
MSK barmaqların mürəkkəblə işarələnməsi haqda təlimat qəbul etdi Oktyabrın 28-də axşam eks-spiker, ADP sədri Rəsul Quliyevin vəkili Hüseyn Hüseynovun evində axtarış aparılıb və o, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (MCQMİ) dəvət edilib. Cənab Hüseynov «Azadlıq» radiosuna verdiyi açıqlamada deyir ki, MCQMİ-də onu Baş Prokurorluğun əməkdaşları dindiriblər. Hüseyn Hüseynov Rəsul Quliyevin oktyabrın 17-də Bakıya qayıdış cəhdi ilə bağlı ona müxtəlif suallar verildiyini bildirir.



Cənab Hüseynov təxminən iki saata yaxın dindirildikdən sonra sərbəst buraxıldığını söyləyir.



O, baş vermiş hadisəni muxalifəti qorxutmaq cəhdi hesab edir.