Gənc sahibkarların məhsullarının sərgisi keçirilib

Səs: Real audio
Rayonun eyniadlı qəsəbəsinin bir qrup sakini qaz, işıq, su və yol problemləri həll olunmayacağı təqdirdə parlament seçkisinə qatılmayacaqlarını deyirlər Oktyabrın 13-də gənc sahibkar və fermerlərin istehsal etdiyi məhsulların respublika sərgisi keçirilib. Bakı Biznes Mərkəzində keçirilən sərgi İqtisadi İnkişaf və Gənclər, İdman və Turizm nazirlikləri tərəfindən təşkil olunub.



Gənc sahibkar və alimlərin potensialının nümayiş etdirilməsinə həsr olunmuş tədbirdə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev və iqtisadi inkişaf naziri Fərhad Əliyev də iştirak edib. Fərhad Əliyevin sözlərinə görə, Azərbaycanda son illərdə sahibkarlıqla məşğul olan gənclərin sayı artmaqdadır və bu da ölkənin inkişafına xidmət edir:



""Hamı yerli mal alsın, xeyir vətənə qalsın" devizi ilə keçirilən tədbirə gənclərin də qoşulması təqdirəlayiqdir. Biz ümid edirik ki, gənclər bu təşəbbüsə daha dinamik qoşulacaqlar və sonda istehsal olunan malların qiymətlərinin ucuzlaşmasına, keyfiyyətinin yaxşılaşmasına, sağlam rəqabətə nail olacağıq. Bu da ölkəmizin inkişafına xidmət edəcək".



Sərgidə ölkənin 30-a yaxın şəhər və rayonundan 80-dək gənc sahibkarın 200-dən artıq çeşiddə məhsul və xidmətləri nümayiş etdirilib. Gənc sahibkarlara Gənclər, İdman və Turizm Nazirliyinin diplomları da verilib.