«Ekzit-pol»la bağlı müzakirələr aparılıb<p align=`left`><br><br>

Səs: Real audio
Müxalifətçilər «Sorğu» təşkilatına etiraz edirlər Sentyabrın 29-da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Bakı ofisi, AMİP, AXCP, Müsavat, ADP, Ümid və YAP-ın rəhbərləri, həmçinin «PA Government Service» şirkətinin əməkdaşlarının iştirakıyla parlament seçkisi zamanı keçiriləcək «ekzit-pol»la [seçki məntəqələrindən çıxışda aparılan müstəqil sorğu] bağlı müzakirələr aparılıb.



Tədbirdə iştirak edən AXCP sədri Əli Kərimli bildirir ki, «PA Government Service»in Azərbaycanda partnyoru olan «Sorğu» təşkilatının indiyə qədər keçirdiyi sorğuların nəticələri hay-küyə səbəb olub: «Məhz bu səbəbdən müxalifət partiyaları «Sorğu» təşkilatının «exit-poll»da iştirakına etiraz edirlər».



YAP təmsilçisi Səyavuş Novruzov isə hesab edir ki, bu ittihamların heç bir əhəmiyyəti yoxdur. O, «ekzit-pol» üçün Azərbaycanda hər bir şəraitin yaradıldığını və bu məsələ ilə bağlı problem yaranmayacağını söyləyib.



«PA Government Service»in nümayəndələri isə deyiblər ki, müxalifətçilərin bu narahatlıqlarını nəzərə almağa çalışacaqlar.