Milli demokratlar azad seçki tələbi ilə mitinq keçirdilər

Səs: Real audio
AXCP sədrinin müavini Həsən Kərimov: «Blok öz qərarında israrlıdır və aksiyanı «28 May» meydanında keçirəcək» Milli Demokrat Partiyası (keçmiş «Boz Qurd» Partiyası) sentyabrın 24-də Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında icazəli mitinq keçirdi. Aksiya iştirakçıları azad və ədalətli seçki tələbi ilə bağlı bir sıra şüarlar («Yaşasın demokratiya!», «Azad seçki!», «MSK-nın tərkibi paritiet əsaslarla formalaşdırılsın!» və s.) səsləndirdilər.



Mitinqdə həmçinin bütün namizədlərə bərabər qaydada pulsuz efir vaxtı verilməsi və Milli Demokrat Partiyasının qeydiyyata alınması tələbləri də səsləndirildi.