«Azadlıq» blokunun mitinqinə icazə verildi

Səs: Real audio
İnsan Hüquqları Evi parlament seçkisinin qorxusuz və ədalətli keçirilməsinə çağırır Demokrat, Xalq Cəhbəsi və Müsavat partiyalarının yaratdığı «Azadlıq» seçki blokunun sentyabrın 10-da keçirmək istədiyi yürüş-mitinqə icazə verildi.



Bakı Şəhər İcra Hakimiyyəti İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, blokun aksiya ilə bağlı ünvanladığı məktuba sentyabrın 8-də müsbət cavab verilib.



Yürüş-mitinq bu dəfə də metronun «20 Yanvar» stansiyanın yanından başlayıb, Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında bitəcək.



Aksiyada azad və ədalətli seçki tələbi ilə müxtəlif şüarların səsləndirilməsi gözlənilir.