Rusiyadan siqaret gətirən qayıq saxlanıb

Səs: Real audio
Sıravi əməkdaşlar ən azı 350, zabit heyəti isə 400 -700 dollar əməkhaqqı alacaq Xudat sərhəd dəstəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə Rusiyadan Azərbaycana siqaret gətirən ikimotorlu qayıq saxlayıblar. Sərhəd dəstəsindən verilən məlumata görə, hadisə sentyabırn 2-də səhər saatlarında baş verib. Növbətçi əsgərlər Xəzərin Azərbaycan sularında - Xaçmazın üçüncü Yalama ərazisində naməlum qayıq saxlayıblar. Yoxlama zamanı qayıqda küllü miqdarda siqaret aşkarlanıb. Siqaretlər götürülüb, malı gətirən iki Azərbaycan vətəndaşı isə saxlanıb.



Sərhəd Qoşunları Xidməti faktla bağlı təhqiqata başlayıb.