Vəzifəli şəxslər gəlirlərinə görə hesabat verəcəklər

Səs: Real audio
Eks-prezident Ayaz Mütəllibovun sənədlərinin isə bu həftənin sonunda 17 saylı Yasamal seçki dairəsinə təqdim olunması gözlənilir Avqustun 14-də “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” qüvvəyə minib. Qaydalara görə, vəzifəli şəxslər, o cümlədən, prezident, Milli Məclisin sədri və onun müavinləri, Baş nazir və onun müavinləri hər il yanvarın 1-dən 30-dək öz gəlirləri barədə bəyannamə təqdim etməlidirlər. Bəyannaməni qəbul edən orqanlar onun düzgün tərtib edilib - edilməməsini müəyyən edir.



İqtisadçı Azər Mehtiyevin fikrincə, bu məlumatlar korrupsiyanın qarşısının alınmasında ciddi rol oynaya bilməyəcək: “Çünki bəyannaməni təqdim edənlə onu qəbul edən komissiya üzvlərinin maraqları üst-üstə düşür. Digər tərəfdən, maliyyə xarakterli məlumatlar yüksək vəzifəli şəxslərin rəsmi gəlirlərindən ibarət olacaq, bu isə o deməkdir ki, qeyri-rəsmi gəlirlər bu məlumatlarda öz əksini tapmayacaq”. Cənab Mehtiyev deyir ki, vəzifəli şəxsin təqdim etdiyi maliyyə xarakterli məlumatlar şəxsi həyatın sirri hesab olunduğundan, bu prosesə ictimaiyyətin nəzarəti mümkün deyil.