Cənubi Qafqazda kinematoqrafiyanın bu günü

Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» Andrey Babitski: Sovet kinosunda daha kəskin olan senzura problemi idi. Yaxşı filmlər rəflərdə qalırdı. Bu gün senzura varmı?



Yerevandan Pedaqoji Universitetin kino və televiziya kafedrasının müdiri, kinooperator Albert Yavuryan: Senzura yoxdur, heç yoxdur. Rejissor öz yaradıcılıq ambisiyalarından çıxış edərək ağlına gələni çəkir. Amma bu azadlıq əlbəttə ki, keyfiyyətə pis təsir edir. Pulsuz, imkansız rejissorlar redaktorsuz işləyirlər.



Andrey Babitski: Bir sitat tapmışam. Vaqif Mustafayev Heydər Əliyev haqqında 9 film çəkib. Məni təəccübləndirən odur ki, rejissor sayı daha da artırmaq, 12 film etmək istəyir. Amma sitatdan nə işin məğzini, nə də formatı başa düşdüm. Bu nədir?



Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev: Hər bir müəllif işi özü seçir. Yəqin o hesab edir ki, belə daha yaxşıdır. İşin nəticəsini görəcəyik. Həmin Vaqif Mustafayevin başqa bir işi – "Hər şey yaxşılığa doğru" filmi beynəlxalq festivallarda çox böyük uğur qazanıb.



Andrey Babitski: Qafqazda kinematoqrafiyanın vəziyyətini xarakterizə edən daha çox "tənəzzül" sözüdür. Milli kinematoqrafiyalar dövlətin maliyyə dəstəyindən məhrum olaraq tənəzzül ediblər. Gürcüstan kinosu bu gün şəxsi investisiyalar cəlb edə bilirmi?



Gürcüstan Milli Kinematoqrafiya Mərkəzinin direktoru Qaqa Çxeidze: Levan Tutberidzenin "Qarabağa gəzinti" filminin adını çəkdiniz. Bu film bütünlüklə şəxsi pullar hesabına yaradılıb. Sponsorlar hökumətdən pul almadılar... Bu filmin dünya premyerası yəqin ki, sentyabrda Anapada keçiriləcək beynəlxalq kinofestivalda olacaq. İndiyədək o, heç yerdə göstərilməyib.



Daha ətraflı Audio hissədə