Rizvan Qənbərli: «Qara piar» seçkilərə inamın azalmasına xidmət edir»

Səs: Real audio
Onlar Əli Kərimliyə qarşı təhqiramiz reportajlara etiraz bildiriblər «Panorama»nın bu dəfəki qonağı Türkiyə-Azərbaycan Media Araşdırmaları Mərkəzinin sədri Rizvan Qənbərlidir. Həmişə olduğu kimi «Xalq qəzeti»nin əməkdaşı Qalib Arif və «Gün-Səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu da söhbətdə iştirak edir.



Bu dəfə «Panorama»da «qara piar» kampaniyası və onun səbəbləri müzakirə olunur.



Rizvan Qənbərli «qara piar»ın səbəblərindən biri kimi jurnalistlərin peşəkar olmamalarını göstərir:



«Jurnalistlər bir çox hallarda peşə prinsiplərindən yox, öz siyasi baxışlarından çıxış edirlər». Onun sözlərinə görə, ikinci səbəb media vasitələrinin dövlətdən, siyasi partiya və ayrı-ayrı maliyyə oliqarxlarından asılı olmalarıdır.



Cənab Qənbərli həmçinin deyir ki, «qara piar» həm rəqiblərin sıradan çıxarılmasına, həm də əhalinin siyasi fəallığının, seçkiyə inamının azaldılmasına xidmət edir.



Daha ətraflı audio hissədə