ATƏT müşahidəçilərinə Gert Ayrens başçılıq edəcək

Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir Azərbaycanda sentyabrda fəaliyyətə başlayacaq ATƏT-in seçkiləri müşahidə missiyasına səfir Gert Ayrens rəhbərlik edəcək.



Bu barədə məlumatı Gəncədə səfərdə olan ATƏT-in Bakı Ofisinin nümayəndəsi Ülvü Axundludan almışıq.



Səfir Gert Ayrens Ukraynada keçirilən prezident seçkilərində də ATƏT-dən olan missiyaya başçılıq edib.



528 nəfərdən ibarət missiya Bakıdan başqa Gəncə, Naxçıvan Muxtar Respublikası və digər bölgələrdə də fəaliyyət göstərəcək.