Yeni kanalların açılışına icazə verilməməsi ATƏT-i narahat edir

Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” Yeni radiolar və televiziyalar üçün lisenziyaların verilməməsi ATƏT-i narahat edir.



Təşkilatın mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin üçgünlük səfəri zamanı əsas müzakirə mövzularından biri də elə məhz yeni kanalların açılması qarşısına qoyulan sədlərdir.



Cənab Haraşti aprelin 11-də artıq prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.



ATƏT-in Bakı Ofisinin nümayəndəsi Ülvi Axundlu görüşlərdə “Monitor”un baş redaktoru Elmar Hüseynovun qətlinin də diqqətdə saxlandığını deyir.



Aprelin 12-13-də Mikloş Haraşti medianın problemlərini müzakirə etmək üçün Ədliyyə və Daxili İşlər nazirlikləri, Baş Prokurorluq, Konstitusiya və Ali məhkəmələrdə danışıqlar aparacaq.



Danışıqların nəticəsinə görə ATƏT—in xüsusi hesabatı hazırlanacaq.