Partlayışla bağlı cinayət işi açılıb

Respublika Prokurorluğundan bildiriblər ki, hadisə ilə bağlı hələlik saxlanılan və ya həbs edilən yoxdur
Şamaxıda asfalt zavodunda baş vermiş partlayışla bağlı Şamaxı rayon prokurorluğunda (Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə - əmək mühafizəsi qaydalarını pozma) cinayəti işi başlanıb. Hazırda istintaq aparılır. Bu barədə «Turan»a Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, hadisənin baş vermə səbəbi istintaq zamanı müəyyən ediləcək. E.Sultanov onu da bildirib ki, hadisə ilə bağlı hələlik saxlanılan və ya həbs edilən yoxdur.

Martın 25-də Şamaxı rayonunda İtaliyanın «Todini» tikinti şirkətinə məxsus asfalt zavodunda partlayış baş verib. Nəticədə bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.