Azərbaycanda ölümcül vərəm növü var

Dünya Səhiyyə təşkilatı elan edib ki, dərmana dözümlü vərəm (XDR-TB) 55 ölkədə yayılıb

Dünya Səhiyyə təşkilatı elan edib ki, dərmana dözümlü vərəm (XDR-TB) 55 ölkədə yayılıb. Bu ölkələr arasında Azərbaycan da var.

Bu vərəm növünə dərman təsir etmir, müalicə iki il və bundan da çox davam etməlidir. Bu xəstəliyin ölümlə nəticələnmə ehtimalı böyükdür.

Bununla belə Dünya Səhiyyə Təşkilatı Amerika tədqiqatçılarının keçən ay başa çatdırdıqları bir araşdırmada özünü yaxşı göstərmiş dərmanı məsləhət görür.
Bu dərmanın adı «Meropenem»dir. Onun «Augmentin» adlanan dərmanla birgə istifadəsi laboratoriya şəraitində XDR-TB virusunu öldürə bilib.