Makedoniyada prezident seçkiləri keçirilir

Bu gün Makedoniyada prezident və yerli seçkilər keçirilir.

Prezidemtlik uğrunda 7 namizəd mübarizə aparır.

Siyasətçi-professor Corc İvanovun qələbəyə şansı daha çoxdu.

Amma qalibin birinci mərhələdə bəlli olacağı sual altındadır.

Beynəlxalq aləm Makedoniyaya xəbərdarlıq edib ki, əgər seçkilər azad və ədalətli olmasa , NATO və Avropa Birliyilə üzvülük danışıqlarına başlamaq şansını itirə bilər.